1 oyunda 2 rekord
14.02.2012 - 17:25
“Rabitə” voleybol klubu Azərbaycan Super Liqasının 2011/2012 mövsümündə 2 yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, dünya çempionları həmin rekordları bu gün IX tur çərçivəsində “Lokomotiv Biləcəri” ilə keçirdilən oyunda nail olublar.
Belə ki, Zoran Qayiçin yetirmələri debütantı ikinci setdə 25:6 hesabı ilə məğlub etməklə, Super Liqanın cari mövsümündə 19 top fərqi ilə qalib gələn ilk klub kimi tarixə düşüb. Bundan öncə isə rekord “Lokomotiv” komandasına məxsus olub. Onlar da məhz “Lokomotiv Biləcəri” üzərində bu nailiyyətə imza atmışdılar – 25:9.
Oyun ərzində rəqibinə cəmi 34 xal verən “Rabitə” bununla daha bir rekord müəyyənləşdirib. Onun rəqibi birinci hissədə 12 və üçüncü setdə 16 xal qazanıb. Bu isə cari mövsümün ən böyük fərqlə başa çatan dueli olub – 75:34.
Qeyd edək ki, “Lokomotiv Biləcəri” - “Rabitə” matçı ikincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

0
0