Keti Radzuveyt: Biz “Fənərbaxça”ya qalib gəlmək gücündəyik
14.02.2012 - 17:06
“Məşqçinin mənə şans verməsindən şadam. Bu elə rəqib idi ki, onları udmalıydıq”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleyolçusu Keti Radzuveyt deyib.
Almaniyalı legioner Azərbaycan Super Liqasının IX turunda “Lokomotiv Biləcəri” ilə görüşdən sonra fikirlərini açıqlayıb. O bildirib ki, 3:0 hesabı ilə qalib gəldikləri matçda layiqli qələbə qazanaraq, məğlubiyyətsiz oyunlar seriyasını davam etdirdikləri üçün sevinclidir.
Radzuveyt Çempionlar Liqasının 1/4 final mərhələsində qarşılaşacaqları “Fənərbaxça” ilə oyun barədə də danışıb. Ketinin sözlərinə görə, “Rabitə” mərhələ adlamaq gücündədir: “Bu mənim Çempionlar Liqasında və 1/4 finalda ilk çıxışımdır. Mən çox istəyirəm ki, komandamız qalib gəlsin. Zədələrdən sonra yenidən birlikdəyik. Komandada elə bir zədə problemi yoxdur. Düşünürəm ki, biz qələbə qazanmaq gücdəyik və inşallah biz bunu edərik”.

0
0