“Azərbaycan Super Liqasının gücü dünyaya bəllidir”
15.02.2012 - 00:01
“Azərbaycanın bütün klubları güclüdür. Bunun üçün oyunun çətin olacağını bilirdim. Lakin biz qələbə üçün meydana çıxmışdıq”. Apasport.az saytının məlumatına görə, bunu “İqtisadçı”nın baş məşqçisi Bülənt Karslıoğlu deyib.
Türkiyəli mütəxəssis “universitet komandası”nın “sükanı” arxasına keçdikdən sonra komandasına ardıcıl ikinci qələbəsini qazandırıb. Onun yetirmələri Super Liqada “Azəryolservis”in ardınca bu gün “Bakı”ya da qalib gəliblər. Karslıoğlunun fikrincə, əsas məqsədləri uğurlu seriyanı davam etdirməkdir: “Ardıcıl ikinci oyunda qələbə qazanmağımız çox əla oldu. Buna baxmayaraq, bəzi səhvlərə də yol verdik. Bunun üzərində ciddi işləməliyik. Amma ən əsası isə oyunun çox gözəl alınmasıdır. İnşallah belə gözəl oyunlar oynayıb, qələbələr qazanacağıq”.
O, Azərbaycan Super Liqasının gücünü də önə çəkib: “Azərbaycan çempionatının gücü dünyaya bəllidir. Buna avrokuboklardakı Bakı komandalarının uğuru da öz təsirini göstərib. Təkcə voleybolçular transfer etməklə deyil, gələcək üçün əla kollektiv formalaşdırmaq çox önəmlidir. Klublarımıza Avropa səviyyəli yarışlarda uğurlar arzulayıram və onlar qələbələrini sıralayınca Azərbaycan voleyboluna əlavə xallar gələcək Avropada ilk “üçlük”də olacaq”.
Qeyd edək ki, “İqtisadçı” “Bakı”ya tay-brekdə qalib gəlib.

0
0