“Turdan-tura daha yaxşı oynayırıq”
15.02.2012 - 00:12
“Turdan-tura daha yaxşı oynayırıq”
“Hər turdan-tura daha yaxşı oynayırıq”. Apasport.az saytının məlumatına görə, bunu “İqtisadçı”nın voleybolçusu Alisa Blom deyib.

Komandasının kapitanı Super Liqanın IX turunda “Bakı”ya 3:2 hesabı ilə qalib gəldikləri görüşdən razı qalıb. Hollandiyalı legioner bildirib ki, CEV kuboku ilə vidalaşdıqlarından əsas məqsədləri ölkə çempionatında qələbələri sıralamaqdır: “Çalışırıq ki, Super Liqanın oyunlarında uğurlu çıxış edək və meydandan yalnız qalib kimi ayrılaq. Bu gün də yaxşı oynadıq və layiqli qələbə qazandıq”.