“Fənərbaxça”nın Bakıya gələcəyi tarix dəqiqləşdi
15.02.2012 - 11:16
“Fənərbaxça”nın Bakıya gələcəyi tarix dəqiqləşdi
“Rabitə” voleybol klubunun Çempionlar Liqasının 1/4 final mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “Dördlər finalı”na yüksəlmək üçün Türkiyənin “Fənərbaxça” komandası ilə qarşılaşacaq dünya çempionları rəqiblərini fevralın 22-də qəbul edəcəklər.

“Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq oyun saat 17:00-da başlayacaq.

İstanbuldakı cavab matçı isə fevralın 29-na təsadüf edəcək. Bu görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.