“Fənərbaxça” “Dördlər finalı”nda!
15.02.2012 - 12:21
Qadın voleybolçular arasında 1/4 final mərhələsində “Rabitə”nin rəqibi “Fənərbaxça” Türkiyə kubokunda növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi “İBA Kimya TED Kolejliler”lə qarşılaşıb.
“Sarı-lacivərdlilər” üçün asan keçən matç “Fənər”in 3:0 (25:11, 25:10, 25:17) hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə 1/4 final mərhələsinin cavab görüşündə də qalib gələn rəqibimiz “Dördlər finalı”na yüksəlib. Onların bu mərhələdə rəqibi “Qalatasaray” – “Ankaragücü” duelinin güclüsü olacaq.

0
0