“Bakı”nın cavab oyununun da vaxtı məlum oldu
15.02.2012 - 12:55
“Bakı”nın cavab oyununun da vaxtı məlum oldu
“Bakı” voleybol klubu “Çelenc Cup”ın 1/4 final mərhələsinin cavab oyununa fevralın 28-də çıxacaq. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Rusiyanın “Omiçka” komandasını Bakı İdman Sarayında qəbul edəcək. Görüş saat 20-30-da start götürəcək.

Qeyd edək ki, ilk matç Omskda fevralın 22-də Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.