Millimiz harda oynayacaq?
15.02.2012 - 14:34
Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatında ev oyunlarını keçirəcəyi arena hələ müəyyənləşməyib. Bu barədə apasport.az saytına məlumatı yığmamızın meneceri Ləvənt Türknas verib.
Onun sözlərinə görə, komandamızın rəqibləri əyalətlərdə qəbul etməsi məsələsindən söhbət gedə bilməz. Türknas bildirib ki, federasiya rəhbərliyi çox güman 2 arena arasında seçim edəcək: “Bütün bu işlərə fevralın sonunda aydınlıq gələcək. Çünki həmin vaxta kimi FİBA Avropa rəsmi icazə verir. Biz də bu səbəbdən rəqiblərimizi ya Heydər Əliyev adına İdman-Konsert Kompleksində, ya da “Sərhədçi” Olimpiya Mərkəzində qəbul edəcəyik”.
Türkiyəli mütəxəssis Azərbaycan milli komandasına namizəd Rolanda Əliyevin də məsələsinə aydınlıq gətirib. Türknas deyib ki, o hələ Litva yığmasından təklif gözlədiyindən yekun qərarını verməyib: “Rolanda ilə məsələ hələ açıq qalır. Çünki onunla dəfələrlə söhbət etmişik və bildirib ki, Litvadan dəvət almasa Azərbaycanı seçəcək. Bu da təxminən fevralın sonuna təsadüf edəcək”.
Qeyd edək ki, Avropa çempionatının B qrupunda yer alan yığmamız seçmə mərhələdə Almaniya, Bolqarıstan, İsveç və Lüksemburqla qüvvəsini sınayacaq.

0
0