Türkiyəli məşqçi Çempionlar Liqasında Bakı klublarının şanslarını dəyərləndirdi
16.02.2012 - 16:32
“İqtisadçı”nın baş məşqçisi Bülənt Karslıoğlu “Rabitə” və “Azərreyl” klublarının Çempionlar Liqasındakı şanslarını dəyərləndirib. Türkiyəli mütəxəssis apasport.az saytına açıqlamasında hər 2 komandamızın mərhələ adlamaq gücündə olduğunu deyib.
Onun sözlərinə görə, “Azərreyl” 1/4 final mərhələsində Kazan “Dinamo”sunu mübarizədən kənarlaşdıracağı halda, çempion da ola bilər: “Bakı təmsilçisi kimi Rusiya komandası da güclüdür. Düzdür, kazanlıların heyəti ilə elə də yaxından tanış deyiləm və oyunlarını da görməmişəm. Amma bilirəm ki, yaxşı bir komandadır. Əgər “Azərreyl” onları yenərsə, çempion olacağına inanıram. Yəni, mən qızıl medallara gedən yolda “Azərreyl” üçün kazanlıları əsas rəqib görürəm. Çünki “Dördlər finalı” da Bakıda olacaq”.
Karslıoğlu “Rabitə” – “Fənərbaxça” cütündə isə həmyerlilərini üstün sayır: “Gözəl matç olacaq. Hər 2 komanda çox güclüdür. “Fənərbaxça”nın rəqiblə müqayisədə bir az üstünlüyü var. Çünki cütün taleyi həll olunacaq cavab matçını evdə keçirəcəklər. Yəni “Qızıl set” də olsa, bu, İstanbulda baş tutacaq. Bu səbəbdən onları üstün görürəm. Həmin gün yaxşı taktika seçən, yaxşı formada olan və komanda oyunu etdirən qalib gələcək. Hər 2 kluba uğurlar arzulayıram”.

0
0