Universitetdən biri də qovuldu
17.02.2012 - 00:02
Universitetdən biri də qovuldu
“İqtisadçı” voleybol klubu dominikanlı Prisilla Riveranın ardınca xorvatiyalı Marina Katiçlə də vidalaşıb. Bu barədə apasport.az saytına məlumatı komandanın baş məşqçisi Bülənt Karslıoğlu verib.

Türkiyəli mütəxəssisin sözlərinə görə, Xorvatiya yığmasının voleybolçusunun komandadan ayrılması müqavilə müddətinin başa çatması ilə bağlı olub. Karslıoğlu deyib ki, Katiç hələlik Bakıda olsa da, tezliklə vətəninə yollanacaq: “Məndən öncə Prisilla və Katiçin müqaviləsinə xitam verilib. Artıq Rivera vətəninə yollansa da, Marina hələ buradadır. Bizim məşqlərə də qatılır. Lakin onun da tezliklə gedəcəyi planlaşdırılır”.

Qeyd edək ki, Katiç universitet komandasına mövsümün əvvəlində gəlsə də, Rivera ötən ayın sonlarında Bakı klubu ilə razılıq əldə etmişdi.