Lideri dəyişəcək tur
16.02.2012 - 17:35
Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında X turun oyunları baş tutacaq. Apasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında keçiriləcək görüşlərdən sonra lider dəyişikliyi ola bilər.
Bu, “Azərreyl”in istirahət edəcəyi turda “Azəryoloservis”in “Bakı”ya uduzacağı halda baş verəcək. Çünki hesabat turunda liderliyi əldən verən Ancelo Vercesinin yetirmələri bu dəfə onu geri qaytarmaq arzusundadırlar. Bundan əlavə, onlar həm də son matçlardakı məğlubiyyətlərini “Azəryoloservis” üzərindəki qələbə ilə sığortalamaq istəyirlər.
Lakin “Bakı” bunu bacarmayacağı təqdirdə, “Rabitə” birinci pilləyə yüksələ bilər. Çünki “İqtisadçı” ilə günün mərkəzi görüşündə Zoran Qayiçin yetirmələri aşkar favoritdirlər. Bu mövsüm hələ məğlubiyyət acısı yaşamayan “Rabitə”nin “tələbələr”lə dueldə xal itirəcəyi inandırıcı deyil.
Düzdür, “İqtisadçı” da matça iddialı çıxacaq. Çünki avrokubokla vidalaşan “universitet komandası” ümidini yalnız Super Liqaya bağlayıb. Türkiyəli Bülənt Karslıoğlunun baş məşqçi postuna gətirilməsindən sonra qələbələri sıralamaları da onlarda əlavə ruh yüksəkliyi yaradıb. Bu səbəbdən də oyunun gərgin keçəcəyi gözlənilir.
Turun digər - “Lokomotiv Biləcəri” – “Lokomotiv” görüşündə isə ikincilərin qələbə qazanacaqları şübhə doğurmur. Onların autsayderlə matçda bir set belə uduzacaqları da gözlənilmir.
17 fevral
X tur
15:00. “Azəryoloservis” – “Bakı”
İlk oyun: “Bakı” – “Azəryolservis” - 3:0 (25:14, 25:20, 25:13)
17:00. “Lokomotiv Biləcəri” – “Lokomotiv”
İlk oyun: “Lokomotiv” – “Lokomotiv Biləcəri” - 3:0 (25:9, 25:11, 25:17)
19:00. “Rabitə” - “İqtisadçı”
İlk oyun: “İqtisadçı” – “Rabitə” - 1:3 (12:25, 25:17, 23:25, 18:25)
Qeyd edək ki, X turdan sonra Super Liqada 16 günlük fasilə yaranacaq.

1. | Azərreyl | 7 | 6 | 1 | 18-7 | 13 |
---|---|---|---|---|---|---|
2. | Bakı | 8 | 5 | 3 | 18-10 | 13 |
3. | Rabitə | 6 | 6 | 0 | 18-1 | 12 |
4. | İqtisadçı | 7 | 4 | 3 | 13-13 | 11 |
5. | Lokomotiv | 6 | 3 | 3 | 12-9 | 9 |
6. | Azəryolservis | 8 | 1 | 7 | 6-21 | 9 |
7. | Lokomotiv Biləcəri | 8 | 0 | 8 | 0-24 | 8 |

0
0