Aleksandr Çervyakov məğlubiyyətin səbəbini açıqladı
17.02.2012 - 17:22
“Hazırda komandamızda gənc voleybolçular yer alıblar. Bu səbəbdən hər matçda eyni səviyyədə oyun nümayiş etdirmək çətindir. Çalışırıq ki, bunu aradan qaldıraq və komanda turlar ötdükcə təcrübə yığmaqdadır”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryolservis”in baş məşqçisi Aleksandr Çervyakov deyib.
Təcrübəli mütəxəssis Super Liqanın X turunda “Bakı”ya 2:3 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb. O bildirib ki, lazımı səviyyədə hücumlarını təşkil olunmaması xal itirmələri ilə nəticələnib: “Bakı” taktiki cəhətdən üstün oynadı. Həmçinin, yetirmələrim hücumlarda son nöqtəni qoymaqda çətinlik çəkirdilər. Bu səbəbdən də yekunda qələbə qazana bilmədik”.

0
0