İnqrid Visser: Məşqlərdə göstərdiyimiz oyunu nümayiş etdirdik
17.02.2012 - 17:27
İnqrid Visser: Məşqlərdə göstərdiyimiz oyunu nümayiş etdirdik
“Oyunlarımızın qrafiki çox sıxdır. Bunun üçün “İqtisadçı” ilə matçda özümüzü tam göstərə bilməmişdik. Amma bu dəfə daha inamlı oynadıq”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın voleybolçusu İnqrid Visser deyib.

Hollandiyalı legioner Super Liqanın X turunda “Azəryolservis”ə qalib gəlmələrini məşqlərdə çəkdikləri əziyyətin bəhrəsi olduğunu bildirib. Onun sözlərinə görə, 3:2 hesabı ilə qələbə qazanan “Bakı” lazımı oyunu göstərib: “Ötən matçla müqayisədə, məşqlərdə göstərdiyimiz oyunu nümayiş etdirdik. Bunun nəticəsində də qələbə qazandıq”.

Qeyd edək ki, “Bakı” IX turda “İqtisadçı”ya 2:3 hesabı ilə uduzmuşdu.