Fəridə Rəsulova: Yaxşı oyun göstərməyə çalışırıq
17.02.2012 - 19:06
 Fəridə Rəsulova: Yaxşı oyun göstərməyə çalışırıq
“Yaxşı oyun göstərməyə çalışırıq. Amma təcrübəsizlik haradasa buna imkan vermir. Çünki komandamızın əsası gənclərdən ibarətdir”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv Biləcəri”nin voleybolçusu Fəridə Rəsulova deyib.

O, Super Liqanın X turunda “Lokomotiv”ə 0:3 hesablı məğlubiyyətdə rəqibin güclü olduğunu etiraf edib: “Rəqabət üçün çalışırıq. Lakin “Azəryolservis”lə bizim komanda avrokuboklarda mübarizə aparmadığından bu bizə bir qədər çətin olur”.