“Məqsədimiz çempionatın ortabab komandalarından olmaqdır”
17.02.2012 - 19:28
“Məqsədimiz çempionatın ortabab komandalarından olmaqdır”
“Komandamız demək olar təcrübəsizdir. Əsasən gənclərə bel bağlayırıq”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv Biləcəri”nin baş məşqçisi İqor Fliştinski deyib.

Ukraynalı mütəxəssis Super Liqanın X turunda “Lokomotiv”lə oyuna münasibət bildirib: “Komandamızın oyunu alınmadı. Top qəbulunda, hücumda istənilən oyunu göstərə bilmirik və nəticə də məğlubiyyətlə barışırıq. Əsas məqsədimiz çempionatın ortabab komandalarından olmaqdır”.

Qeyd edək ki, “Lokomotiv Biləcəri” çempionatda keçirdiyi 9-cu matçında da 0:3 hesabı ilə uduzub.