Nansi Metkalfın arzusu
17.02.2012 - 19:34
Nansi Metkalfın arzusu
“Turlar arxada qaldıqca daha da yaxşı oyun nümayiş etdiririk. Bu da sevindirici haldır”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv”in voleybolçusu Nansi Metkalf deyib.

Amerikalı legioner “Lokomotiv Biləcəri” ilə görüş barədə fikirlərini açıqlayıb. Onun sözlərinə görə, əsas məqsədləri bütün matçlarda yaxşı oyun nümayiş etdirməkdir: “Çalışırıq ki, keçirdiyimiz bütün matçları qalib kimi başa vuraq. Bu gün də belə oldu”.

Qeyd edək ki, “Lokomotiv” rəqibini 3:0 hesabı ilə məğlub edib.