Kristina Pastulova: Məğlubiyyətdən qaça bilmədik
17.02.2012 - 20:58
Kristina Pastulova: Məğlubiyyətdən qaça bilmədik
“Güclü bir komandaya qarşı oynadıq. Bunun nəticəsi olaraq, sonda məğlub olduq”. Apasport.az saytının məlumatına görə, bunu “İqtisadçı”nın voleybolçusu Kristina Pastulova deyib.

Çexiyalı legioner “Rabitə” ilə oyundan sonra bildirib ki, meydana qələbə üçün çıxsalar da, yekunda məğlubiyyətdən qaça bilməyiblər: “Hazırda “Rabitə” Azərbaycanın ən güclü klubu sayılır. Məncə, elə də pis oynamadıq. Xüsusilə, ikinci setdə bütün gücümüzü ortaya qoyduq. Amma yekunda yenə məğlubiyyətdən qaça bilmədik”.

Qeyd edək ki, “İqtisadçı” türkiyəli baş məşqçi Bülənt Karslıoğlunun rəhbərliyi altında ilk 2 matçda qələbə qazandıqları halda, bu dəfə 0:3 hesabı ilə uduzub.