Kimberli Qlassdan qələbə şərhi
17.02.2012 - 21:07
Kimberli Qlassdan qələbə şərhi
“Rabitə”nin voleybolçusu Kimberli Qlass Super Liqanın X turunda “İqtisadçı” ilə matçdan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, amerikalı legioner çıxışlarından razı qalıb.

O bildirib ki, bu matçda qalib gəlmələri Türkiyənin “Fənərbaxça” klubu ilə oyun öncəsi yerinə düşüb: “Oyunu qələbə ilə başa vurduq. Hazırda əsas məqsədimiz Çempionlar Liqasının 1/4 final mərhələsində “Fənərbaxça” ilə matça ciddi hazırlaşmaqdır”.

Qeyd edək ki, “Rabitə” rəqibini 3:0 hesabı ilə məğlub edib.