Son turun əhəmiyyəti qalmadı
19.02.2012 - 10:32
Son turun əhəmiyyəti qalmadı
Kişi basketbolçular arasında Azərbaycan çempionatında X turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, II dövrənin başa çatmasına 1 tur qalmış baş tutan 3 matçdan sonra pley-offa yüksələn komandaların adları müəyyənləşib.

Belə ki, əsas mübarizə “NTL-Tudor”la AZTOP arasında gedib. Gərgin keçən görüşdə layiqli qələbə sayəsində birincilər ilk “dördlükdə” yerlərini təmin ediblər. Onlar son matçlarında uduzsalar belə şəxsi görüşdə rəqiblərindən üstün olduqları üçün növbəti mərhələyə vəsiqə qazanıblar.

“Çağ Öyrətim” də BDU-nu məğlub etməklə, pley-off arzusunu rəsmiləşdirib. Əzəli rəqiblər “Qala” və “Araz”ın duelində isə yenə Naxçıvan komandası güclü olub.

Beləliklə, növbəti mərhələdə “Araz” “NTL-Tudor”la, “Qala” isə “Çağ Öyrətim”lə qüvvəsini sınayacaq.

X tur
“NTL-Tudor” – AZTOP – 64:51
“Qala” - “Araz” – 94:92
“Çağ Öyrətim” – BDU – 74:61

1. Araz 9 9 0 939-554 18
2. Qala 9 6 3 700-499 15
3. Çağ Öyrətim 9 5 4 596-638 14
4. NTL-Tudor 9 4 5 645-551 13
5. AZTOP 9 3 6 620-656 12
6. BDU 9 0 9 429-920 9

Qeyd edək ki, təxirə salınan və heç bir əhəmiyyət kəsb etməyəcək IX turun matçları fevralın 25-də olacaq.