Bakı klubları üçün latviyalı və slovakiyalı
19.02.2012 - 10:57
Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu mərhələdə Bakıda Türkiyənin “Fənərbaxça” klubunu qəbul edəcək “Rabitə”nin oyunu latviyalı Ritvars Alksnisə həvalə edilib.
Fevralın 22-də “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq görüşdə köməkçi hakim funksiyasını avstriyalı Euqen Kulhanek yerinə yetirəcək.
Həmin gün Kazanda “Dinamo”nun qonağı olacaq “Azərreyl”in ruslarla duelində əsas fit sahibi Yuraj Mokri (Slovakiya) olacaq. II referi kimi isə makedoniyalı Nikola Miçevski təyinat alıb.

0
0