Kimberli Qlass: “Fənərbaxça”ya qalib gələcəyimizə inanırıq
19.02.2012 - 12:34
“Komandamızı qarşıda bir-birindən çətin sınaqlar gözləyir və əgər bu tempdə hazırlıqlarımızı davam etsək, məqsədəmizə çata bilərik”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Kimberli Qlass deyib.
Amerikalı legioner Çempionlar Liqasının 1/4 final mərhələsində Türkiyənin “Fənərbaxça” klubu ilə oyuna münasibət bildirib. Qlassın sözlərinə görə, “Rabitə” hazırda çox güclüdür və əsas məqsədləri Avropanın ən möhtəşəm yarışını qalib kimi başa vurmaqdır: “Biz hamımız qələbə qazanacağımıza ümid edirik. Düzdür, “Fənərbaxça” da güclü komandadır. Lakin bu səddi aşacağımıza inanırıq. Çempionlar Liqasının qalibi ola biləcək komandalardan biriyik”.
Qeyd edək ki, “Rabitə” – “Fənərbaxça” matçı fevralın 22-də keçiriləcək.

0
0