“Onların zəif və güclü nöqtələrini bilirik” - FOTO
19.02.2012 - 13:26
“Rəqibin oyununun videoyazısını izləmişik. Artıq onların zəif və güclü nöqtələrini bilirik”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “Lokomotiv” klubunun voleybolçusu Nansi Metkalf deyib.
Amerikalı legioner “Çelenc Cup”ın 1/4 final mərhələsində Çexiyanın “Brno” komandasına qalib gələcəklərinə inanır. Metkalf bildirib ki, ilk matçın səfərdə olması da “Lokomotiv”in xeyrinədir və buradan sərfəli nəticə ilə dönmək gücündədirlər: “Bizim əsas məqsədimiz yarışı birinci yerdə başa vurmaqdır. Bunun üçün bütün oyunlara qalib gəlmək üçün çıxırıb. “Brno” ilə görüş də istisna olmayacaq. Bu səddi də arxada qoyacağımıza inanıram”.
Qeyd edək ki, “Brno” – “Lokomotiv” matçı fevralın 22-də baş tutacaq.

0
0