“Azərreyl”in rəqibindən növbəti qələbə
19.02.2012 - 12:48
Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsində “Azərreyl”in rəqibi olan “Dinamo” Rusiya Super Liqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Xabarovsk “Samorodok”unu sınağa çəkən kazanlılar asan qələbəyə seviniblər.
Belə ki, onlar rəqiblərini 3:1 (25:16, 12:25, 25:18, 25:21) hesabı ilə məğlub edərək, birinci pillədəki yerlərini qoruyublar. 18 turdan sonra aktivində 42 xalı olan “Dinamo” ən yaxın izləyicisi “Uraloçka”nı 5 xal qabaqlayırlar.
Qeyd edək ki, “Dinamo” “Azərreyl”i fevralın 22-də Kazanda qəbul edəcək.

0
0