“Bakı” ilə oyun ərəfəsində möhtəşəm qələbə
20.02.2012 - 10:38
“Bakı” ilə oyun ərəfəsində möhtəşəm qələbə
Qadın voleybolçular arasında “Çelenc Cup”ın 1/4 final mərhələsində “Bakı” ilə qarşılaşacaq “Omiçka” Rusiya Super Liqasında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, rəqibimiz Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandıran Moskva “Dinamo”sunun qonağı olub.

Omsk təmsilçisi səfərdə oynamasına baxmayaraq, 3:1 (23:25, 25:22, 25:18, 25:23) hesablı qələbəyə sevinib. Nəticədə fevralın 22-də “Bakı”nı qəbul edəcək “Omiçka” turnir cədvəlində 5-ci yerə yüksəlib.