Sensasiya axtarışında
21.02.2012 - 13:00
Sabah qadın voleybolçular arasında “Çelenc Cup” turnirində 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, bu mərhələdə Azərbaycanın “Lokomotiv” və “Bakı” klubları ilk sınaqlarına səfərdə çıxacaqlar.
Belə ki, “dəmiryolçular” Çexiyada “Brno”nun qonağı olacağı halda, paytaxtın eyniadlı təmsilçisi Rusiyada “Omiçka” ilə qarşılaşacaq.
Səfər matçının “Lokomotiv” üçün daha asan keçəcəyini proqnozlaşdırmaq olar. Çünki bu mərhələyə kimi Macarıstanın “Vaşaş”, Xorvatiyanın “ZOK Split” və Serbiyanın “Vizura” klublarına asanlıqla qalib gələn Draqutin Baltiçin yetirmələri eyni uğuru Çexiyada da təkrarlamaq gücündədir. Bununla yanaşı, ötən mövsümdə “İqtisadçı”nın məhz “Çelenc Cup”ın 1/4 finalında mübarizədən kənarlaşdırdığı “Brno” güclü kollektivə malik deyil. Əsasən, yerli voleybolçulara üstünlük verən çexlərin bu mərhələyə kimi gəlmələri böyük uğur hesab olunur.
Lakin bu heç də o demək deyil ki, “Brno” asanlıqla təslim olacaq. Əksinə, onlar da doğma divarlar arasında qələbə qazanmaqla, “Qızıl set”ə ümid etmək arzusundadırlar.
“Lokomotiv”lə müqayisədə “Bakı”nı gərgin görüş gözləyir. Onlar Rusiya Super Liqasının sensasiya sevən klubunu büdrətməyə çalışacaqlar. Kiprin “Famaqusta” və “Apollon”, Fransanın “Evre” və Xorvatiyanın “Rieka” komandalarını mübarizədən kənarlaşdıran avrokubokdakı debütantımızın səfərdə qələbə qazanması inandırıcı olmasa da, gözlənilməz də deyil.
Düzdür, “Omiçka” Moskva “Dinamo”suna qalib gəlməklə güclü olduğunu göstərib. Onlar həmçinin “Bakı” ilə görüşə qisas kimi baxırlar. Ötən il “Lokomotiv”ə “Qızıl set”də uduzan Omsk təmsilçisi bunun revanşını Ancelo Vercesinin yetirmələrindən almaq arzusundadır. Lakin “Bakı” da çempionluğu hədəflədiyindən səfərdən sərfəli nəticə ilə dönməyə çalışacaq.
Həmçinin, təqvim “Lokomotiv” və “Bakı” çox uğurludur. Çünki klublarımız səfərdə uduzsalar belə ölkəmizdə bunun qisasını ala bilərlər. Buna səbəb isə “Qızıl set”in Bakıda oynanılacağıdır.
“Çelenc Cup”
1/4 final mərhələsi, ilk oyunlar
22 fevral
15:30. “OMİÇKA” (RUSİYA) – “BAKI” (AZƏRBAYCAN)
Hakimlər: Aleksandr Piasetski (Belarus), Kaspars Timermanis (Latviya)
Omsk, Viktor Blinov adına İdman-Konsert Kompleksi.
21:05. “BRNO” (ÇEXİYA) – “LOKOMOTİV” (AZƏRBAYCAN)
Hakimlər: Cihat Firincioğlu (Türkiyə), Emmanouil Geoegiadis (Yunanıstan)
Brno, “Mestska” Voleybol Sarayı.

0
0