Türklərlə 9-cu duel, yaxud 6-cı qələbənin astanasında - STATİSTİKA
21.02.2012 - 15:12
Türklərlə 9-cu duel, yaxud 6-cı qələbənin astanasında - STATİSTİKA
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, Bakının “Rabitə” klubu Türkiyənin “Fənərbaxça” komandasını qəbul edəcək.

Bu oyun hər 2 klub üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki seçmə mərhələdə də eyni qrupda yer alan komandalar hərəyə bir dəfə qələbəyə sevinib və hər ikisi 3 xal qazanıb. Bu səbəbdən fevralın 22-də “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək görüşün gərgin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olar. Lakin matçda üstünlük “Rabitə”nin tərəfində olacaq. Çünki Zoran Qayiçin yetirmələri yerli azarkeşlər qarşısında oynayacaq və türklərə Bakıda bir dəfə məğlubiyyət acısı yaşadıblar.

Bundan əlavə, “Rabitə” Türkiyə klubları ilə indiyə kimi rəsmi oyunlarda 8 dəfə üz-üzə gəlib ki, bunlardan 5-də qələbə qazanıb. Düzdür, təmsilçimiz Çempionlar Liqasında onlara qarşı keçirdiyi 3 matçdan 2-də uduzub. Lakin həmin qarşılaşmaların İstanbulda keçirildiyini nəzərə alsaq, evdəki 2-ci oyunda balansı bərabərləşdirmək olar. Voleybolçularımızın qonşu ölkənin voleybolçuları ilə digər görüşlərindən biri dünya çempionatına təsadüf etdiyi halda, 4-ü isə Çempionlar Liqası ilə müqayisədə səviyyəcə aşağıdır.

“Rabitə”nin Türkiyə klubları ilə bütün görüşləri
“Çelenc Cup”, 2008/2009

“Rabitə” – “Karşıyaka” (Türkiyə) – hər 2 matçda birinci komandaya 3:0 hesablı texniki qələbə verilib.

CEV kuboku, 2009/2010
1/4 final mərhələsi
18 fevral, 2010

“Rabitə” – “Əczaçıbaşı” (Türkiyə) – 3:0 (25:20, 25:27, 25:16)

24 fevral, 2010
“Əczaçıbaşı” (Türkiyə) – “Rabitə” – 3:1 (25:23, 25:17, 21:25, 25:21)

Çempionlar Liqası, 2010/2011
Final

“Vakıfbank TTelekom” (Türkiyə) – “Rabitə” – 3:0 (25:13, 25:20, 25:18)

Klublararası dünya çempionatı, 2011
Final

“Vakıfbank Günəş TTelekom” (Türkiyə) – “Rabitə” – 0:3 (15:25, 18:25, 9:25)

Çempionlar Liqası, 2011/2012
Qrup mərhələsi
15 dekabr

“Fənərbaxça” (Türkiyə) - “Rabitə” (Azərbaycan) - 3:0 (25:20, 29:27, 25:18)

20 dekabr
“Rabitə” (Azərbaycan) – “Fənərbaxça” (Türkiyə) - 3:1 (25:27, 27:25, 25:20, 25:17)

OQMS
Rabitə85316-10
Türkiyə klubları83510-16


Qeyd edək ki, “Rabitə” – “Fənərbaxça” görüşü saat 17:00-da başlayacaq.