“Bakıda keçiriləcək “Dördlər finalı”na vəsiqə qazanmalıyıq”
22.02.2012 - 00:02
“Komandamız hər zaman çempionluq üçün oynayır. Məqsədimiz dəyişməzdir. Lakin bu, idmandır, hər cür nəticə qeydə alına bilər”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Fənərbaxça” klubunun İdarə Heyətinin üzvü Hakan Dinçay deyib.
O, fevralın 22-də qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsində “sarı-lacivərdlilər”in “Rabitə” ilə oyununa münasibət bildirib. Dinçayın sözlərinə görə, son 2 mövsümdə “Dördlər finalı”na yüksələn “Fənərbaxça” yalnız çempionluğu hədəfləyir: “Bütün şöbələrimiz Avropada finallar üçün oynayır. Bu da bizi qürurlandırır. Voleybol şöbəsi olaraq, qadınlardan ibarət komandamızın ən böyük hədəfi Avropa çempionu olmaqdır. Bunun üçün Bakıda keçiriləcək “Dördlər finalı”na vəsiqə qazanmalıyıq. Sonra isə Çempionlar Liqasının kubokunu ölkəmizə, “Fənərbaxça”mıza gətirmək istəyirik. Arzumuzu reallaşdırmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
Qeyd edək ki, “Rabitə” – “Fənərbaxça” matçı saat 17:00-da “Sərhədçi” Olimpiya Mərkəzində start götürəcək.

0
0