Ronaldo qol vursun, komandası uduzmasın!
22.02.2012 - 09:43
Dünyanın ən bahalı futbolçusu Kriştianu Ronaldo Çempionlar Liqasında (ÇL) möhtəşəm seriyasını davam etdirib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı portuqaliyalı hücumçunun Avropanın ən nüfuzlu turnirində qol vurduğu oyunlarda heç vaxt komandaları uduzmayıb. Ronaldo ÇL-də 23-cü qolunu vurub. Bunun 21-də komandası qalib gəlib, 2-si heç-heçə ilə nəticələnib. Sonuncu bərabərlik Kriştianunun MOİK-lə 28-ci dəqiqədə hesabı açdığı səfər oyununda reallaşıb. Ruslar Moskvadakı oyunun 90+3-cü uzatma dəqiqəsində hesabı bərabərləşdirə bilib - 1:1.
Qeyd edək ki, Ronaldo turnirin cari mövsümündə keçirdiyi 6 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Ronaldo turnirin cari mövsümündə keçirdiyi 6 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.
0
0