Yığmamız Avropa çempionatının hazırlığına başlayır
23.02.2012 - 00:01
Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinin hazırlığına start verəcəyi tarix dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Almaniya, Bolqarıstan, İsveç və Lüksemburq yığmaları ilə eyni qrupda yer alan basketbolçularımızı baş məşqçi Elxan Əliyev martın 1-də bir araya toplayacaq.
14 günlük təlim-məşq toplanışı Bakıda keçiriləcək və burada yalnız Azərbaycan çempionatında çıxış edən oyunçular hazırlıq keçəcəklər. Məşqlərdə əsasən fiziki hazırlığa, toplu çalışmalara və ikitərəfli oyuna üstünlük veriləcək.
Qeyd edək ki, komandamız hazırlığın ilk mərhələsini paytaxtımızda yekunlaşdırdıqdan sonra Qırğızıstanın Bişkek şəhərində keçiriləcək ənənəvi “Novruz-2012” beynəlxalq turnirdə qüvvəsini yoxlayacaq.

0
0