Qəhrəman Kim oldu...
22.02.2012 - 18:44
Çempionlar Liqasının 1/4 final mərhələsində “Rabitə” (Azərbaycan) – “Fənərbaxça” (Türkiyə) görüşünün ən yaxşı voleybolçusu məlum olub. Apasport.az saytının məlumatına görə, son dünya çempionlarının duelində qəhrəman adını rəqib düşərgədən Yeon-Kounq Kim qazanıb. “Sarı-lacivərdlilər”in koreyalı legioneri komandasının aktivinə 19 xal yazdırıb.
“Rabitə”nin düşərgəsində isə Natalya Məmmədova bombardir olub. Hücumçumuzun 12 zərbəsi dəqiq olub. Zoran Qayiçin digər yetirmələri – Nataşa Osmokroviç və Sanya Staroviç hərəyə 11, Mira Qoluboviç 5, Dobriana Rabadjiyeva 2 və Nataşa Krsmanoviç 1 xal qazana bilib.
Qeyd edək ki, “Rabitə” görüşdə 0:3 hesabı ilə məğlub olub.

0
0