Natalya Məmmədova: Biz belə nəticə gözləmirdik
23.02.2012 - 00:05
“Biz çox pis oynadıq və belə bir nəticə gözləmirdik”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Natalya Məmmədova deyib.
Bakı klubunun kapitanı Çempionlar Liqasının 1/4 final mərhələsində Türkiyənin “Fənərbaxça” komandası ilə ilk matçda məğlubiyyətə münasibət bildirib: “Bu voleyboldur, oyunda hər hesab qeydə alına bilər. Türkiyədə baş tutacaq cavab matçında əla çıxış edərək, çoxsaylı azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
Qeyd edək ki, “Rabitə” ilk matçda 0:3 hesabı ilə uduzub.

0
0