Zoran Qayiç məğlubiyyətin səbəbini açıqladı
23.02.2012 - 00:07
Zoran Qayiç məğlubiyyətin səbəbini açıqladı
“Biz “Fənərbaxça”ya qarşı yaxşı oynamadıq. Xüsusilə, top qəbulunda pis təsir bağışladıq”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin baş məşqçisi Zoran Qayiç deyib.

Serbiyalı mütəxəssis Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında “Fənərbaxça”ya 0:3 hesabı ilə uduzduqları oyun barədə fikirlərini açıqlayıb. O bildirib ki, komandası hələ “Dördlər finalı”na yüksəlmək şansını saxlayır: “Biz Türkiyədə bir həftə sonra cavab matçına çıxacağıq. Orada yaxşı oynayıb, qələbə qazanmalıyıq. Bunun üçün də növbəti mərhələyə yüksəlmək şansımızı saxlayırıq”.