Seda Tokatlıoğlu: Çox yaxşı oynadıq
23.02.2012 - 00:10
Türkiyənin “Fənərbaxça” klubunun voleybolçusu Seda Tokatlıoğlu Çempionlar Liqasının 1/4 final mərhələsinin “Rabitə” ilə ilk matçından sonra fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “sarı-lacivərdlilər”in kapitanı Bakıda 3:0 hesabı ilə qalib gəldikləri üçün sevincli olduğunu deyib.
O, “Rabitə” ilə matçdan belə nəticə gözləmədiyini də etiraf edib:
“Biz çox yaxşı oynadıq. Lakin düzünü deyim. Biz belə bir nəticə gözləmirdik. Bunun üçün hamımız çox sevinirik”.
Qeyd edək ki, cavab matçı fevralın 29-da İstanbulda olacaq.

0
0