“Azərreyl” Yekaterina Qamovanı dayandıra bilmədi
23.02.2012 - 00:14
Çempionlar Liqasının 1/4 final mərhələsində “Dinamo” (Rusiya, Kazan) – “Azərreyl” (Azərbaycan) görüşündə ən çox xal toplayan voleybolçu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rusiya millisinin də lideri olan Yekaterina Qamova 3:1 hesabı ilə qalib gəldikləri matçın bombardiri olub.
O, “Azərreyl”i nə az, nə çox – 26 dəqiq zərbə ilə cəzalandırıb.
Faiq Qarayevin yetirmələrindən isə yenə Polina Rəhimovanı qabaqlayan olmayıb. Gənc voleybolçumuz bu dəfə klubunun aktivinə 20 xal yazdıra bilib.
“Azərreyl”in digər üzvlərinə gəlincə, Oksana Kovalçukla Sara Anzanello hərəyə 11, Hizer Erin Brun 10, Karolina Kozek 8, Paulino De Souza Pereyra 3 və Nutsara Tomkom 2 xal qazanıblar.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 28-də Bakıda olacaq.

0
0