“Mən komandamla qürur duyuram”
23.02.2012 - 01:03
“Mən komandamla qürur duyuram”
“Azərreyl”in çox güclü hücumlarının qarşısını almaq çətin olsa da, yetirmələrim bunu bacardılar”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın “Dinamo” voleybol klubunun baş məşqçisi Rişat Qilyazutdinov deyib.

Təcrübəli mütəxəssis Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Azərreyl”ə 3:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışıb. Kazan təmsilçisinin çalışdırıcısı bildirib ki, yetirmələri əzmkar oyun sayəsində layiqli qələbə qazanıb: “Komandam bu oyunda çox əla çıxış etdi. Nəticədə sona kimi əzmkar mübarizə apardıq və layiqli qələbə qazandıq. Mən yetirmələrimlə qürur duyuram”.

Qeyd edək ki, cavab görüş fevralın 28-də Bakıda olacaq.