“Bizim bir yolumuz var” - FOTO
23.02.2012 - 13:03
“Biz daha artığına ümid edirdik. Lakin güclü hücum və müdafiə xətti olan komandaya qarşı oynamaq asan olmadı”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı” voleybol klubunun baş məşqçisi Ancelo Vercesi deyib.
O, yetirmələrinin “Çelenc Cup”ın 1/4 final mərhələsində Rusiyanın “Omiçka” klubu ilə ilk oyununda 2:3 hesablı məğlubiyyətində rəqibin güclü oynadığını deyib. Braziliyalı mütəxəssisin sözlərinə görə, şansları hələ itməyib və Bakıda keçiriləcək cavab matçında qalib gəlməyə çalışacaqlar: “Rəqib son anlarda dəqiq oldu. Blokda da inamlı təsir bağışladılar. İndi bizim bir yolumuz var. Fikirləşəcəyik ki, cavab matçını necə qazanaq”.

0
0