Kuzyutkin “Bakı”nın baş məşqçisi ilə razılaşmadı
23.02.2012 - 13:08
“Yəqin ki, azarkeşlər üçün oyun maraqlı oldu”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın “Omiçka” klubunun baş məşqçisi Vladimir Kuzyutkin deyib.
Rusiya milli komandasının sabiq çalışdırıcısı yetirmələrinin “Çelenc Cup”ın 1/4 final mərhələsinin ilk oyununda “Bakı”ya 3:2 hesabı ilə qalib gəldikləri görüşdən razı qalmayıb: “Həmkarımın bizim blokda yaxşı oynamağımızla bağlı fikri ilə razılaşmıram. Çünki komanda daha güclü oynamağa qadirdir. Həmçinin müdafiədə də inamlı təsir bağışlamadıq”.
Qeyd edək ki, cavab oyunu fevralın 28-də Bakıda keçiriləcək.

0
0