“Bakıda lazım olan nəticəni qazanacağıq”
23.02.2012 - 14:14
“Bakıda lazım olan nəticəni qazanacağıq”
Bakının “Lokomotiv” voleybol klubunun baş məşqçisi Draqutin Baltiç “Çelenc Cup”ın 1/4 final mərhələsində Çexiyanın “Brno” komandası ilə ilk matçdan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, sloveniyalı mütəxəssis 2:3 hesabı ilə uduzmalarına baxmayaraq, çempion olacaqlarına inanır.

Baltiç Bakıdakı cavab matçında lazımı qələbəni qazanacaqlarına böyük ümid bəsləyir: “Məqsədimiz kuboku qazanmaqdır. Mən bu komandadan 2 voleybolçu və baş məşqçini tanıyıram. Ancaq daha dəqiq informasiyanı ilk oyunda əldə etdik. Bunun nəticəsi olaraq, Bakıda yaxşı oyunu nümayiş etdirib, bizə lazım olan nəticəni qazanacağıq”.