“Əvvəllər bu qədər insan qarşısında oynamamışdıq”
23.02.2012 - 14:22
“Əvvəllər bu qədər insan qarşısında oynamamışdıq”
Çexiyanın “Brno” klubunun voleybolçusu Romana Stankova özünü “Lokomotiv”in amerikalı legioneri Nansi Metkalfla müqayisə edib. Apasport.az saytının məlumatına görə, Metkalf kimi solaxay olan 20 yaşlı çexiyalı rəqibini daha üstün tutub.

Onun fikrincə, “Brno” “Çelenc Cup”ın 1/4 final mərhələsinin evdə “Lokomotiv”ə qalib gəldiyi matçda (3:2) Nansinin sol əli yaxşı oynaması səbəbindən böyük problemlər yaşayıb: “Bizim oyun mənim “sol əlim” üzərində qurulmuşdu. Ancaq Metkalf başqa səviyyədir. Bizdən heç kim onu üstələyə bilmir. Onun vurduğu zərbələrin qarşısını almaq çox çətindir. Qələbəmizdə azarkeşlərin böyük rolu oldu. Zalda böyük azarkeş kütləsi vardı. Biz əvvəllər heç vaxt bu qədər insan qarşısında oynamamışdıq. Atmosfer məni xoş mənada təəccübləndirdi”.