“Çexiyada hamımız təzyiq altına düşdük”
23.02.2012 - 15:38
“Çexiyada hamımız təzyiq altına düşdük”
“Brno” bizdən yaxşı oynadı. Onlar ilk oyunda qələbə qazanmaqla, böyük üstünlük qazandılar”. Apasport.az saytının məlumatına görə, bunu “Çelenc Cup”ın 1/4 final mərhələsinin “Brno” (Çexiya) komandası ilə ilk matçından sonra Bakının “Lokomotiv” klubunun voleybolçusu Nansi Metkalf deyib.

Amerikalı legioner 2:3 hesabı ilə uduzduqları görüşün gərgin mübarizə şəraitində keçməsindən danışıb: “Qızlar böyük iş gördülər. Oyun bizim üçün ağır keçdi. Hamımız təzyiq altına düşdük. Bakıdakı cavab oyununa daha yaxşı hazırlaşmalıyıq. Əsas oyunda mütləq qalib gəlib, cütün taleyini “Qızıl set”də müəyyənləşdirməliyik”.