“Gent” Bakıya gələ bilər
24.02.2012 - 10:20
“Gent” Bakıya gələ bilər
Qadın voleybolçular arasında “Çelenc Cup”da 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycanın “Bakı” və “Lokomotiv” klublarının uduzduğu bu mərhələdə digər 2 matçında qonaqlar qələbə qazanıblar.

Belə ki, “İllər Bankası” (Türkiyə) evdə VfV 91 SUHL-a (Almaniya) 1:3 (19:25, 31:29, 22:25, 16:25), “İmpel Qvardiya” (Polşa) isə “Gent”ə (Belçika) 2:3 (18:25, 25:18, 25:21, 21:25, 12:15) hesabı ilə uduzub.

Qeyd edək ki, cavab matçları növbəti həftə keçiriləcək və Bakı təmsilçiləri ikinci oyunlarına paytaxtımızda çıxacaqlar. Onlar əgər mərhələ adlayarlarsa, çox güman ki Almaniya və Belçika komandaları ilə üz-üzə gələcəklər.