Biri slovakiyalı, digəri rumıniyalı
25.02.2012 - 10:33
Qadın voleybolçular arasında “Çelenc Cup”ın 1/4 final mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlər məlum olub. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) fevralın 28-də Azərbaycanda keçiriləcək “Bakı” – “Omiçka” (Rusiya) duelinin taleyini slovakiyalı Dusan Doviçoviçə həvalə edib. Ona köməklik etmək isə Qyula Tillmanna (Macarıstan) tapşırılıb.
Bu görüşdən bir gün sonra baş tutacaq “Lokomotiv” (Azərbaycan) – “Brno” (Çexiya) matçını isə rumıniyalı Mioara Veronika Papadopol və rusiyalı Nikolay Xiznikov idarə edəcəklər.
Qeyd edək ki, ilk matçda hər 2 klubumuz 2:3 hesabı ilə uduzub.

0
0