Rüstəm Rüstəmov: Hakim çatışmazlığı olduğu üçün turu təxirə saldıq
25.02.2012 - 12:25
Rüstəm Rüstəmov: Hakim çatışmazlığı olduğu üçün turu təxirə saldıq
Kişi basketbolçular arasında Azərbaycan çempionatının təxirə salınan IX turu bu gün də baş tutmayacaq. Bu barədə məlumatı apasport.az saytına Basketbol Federasiyasının icraçı-direktoru Rüstəm Rüstəmov verib.

O bildirib ki, buna səbəb hakim çatışmazlığıdır: “Hazırda Şəkidə “Təhsil” idman cəmiyyətinin basketbol üzrə birinciliyi keçirilir. Bu səbəbdən də hakimlərimiz oraya yollanıblar. Bunun üçün də referi çatışmazlığını nəzərə alaraq, turu təxirə saldıq və tur martın 3-də keçiriləcək”.

Qeyd edək ki, bu gün 3 görüş keçirilməli idi.