II dövrə derbi ilə başlayacaq - TƏQVİM
25.02.2012 - 15:10
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında mübarizə aparan klubların əvəzedicilərinin çempionatının II dövrəsini təqvimi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, tariximizdə ilk dəfə baş tutan bu yarışın 7-ci turu martın 9-da start götürəcək. Həmin gün Super Liqada əzəli rəqiblər “Azərreyl” və “Rabitə”nin ikinci heyətləri üz-üzə gələcək. Son tura isə martın 29-da yekun vurulacaq.
II dövrənin təqvimi
Qeyd edək ki, ilk 6 matçdan sonra “Azəryolservis” 12 xalla vahid liderdir. “İqtisadçı” onlardan 1, “Bakı” isə 2 xal geri qalır. Son 3 pillədə isə müvafiq olaraq, “Rabitə” (8 xal), “Azərreyl” (7) və “Lokomotiv” (6) qərarlaşıblar.
II dövrənin təqvimi
Tarix | Saat | Oyunlar | 7-ci tur | |
---|---|---|---|---|
09.03.2012 | 15:00 | Azərreyl – Rabitə | ||
15:00 | İqtisadçı – Azəryolservis | |||
13.03.2012 | 14:00 | Lokomotiv - Bakı |
Tarix | Saat | Oyunlar | 8-ci tur |
---|---|---|---|
15.03.2012 | 15:00 | Rabitə - Lokomotiv | |
15:00 | Bakı – İqtisadçı | ||
15:00 | Azəryolservis – Azərreyl |
Tarix | Saat | Oyunlar | 9-cu tur |
---|---|---|---|
24.03.2012 | 15:00 | Azəryolservis – Rabitə | |
15:00 | Azərreyl – Bakı | ||
14:00 | İqtisadçı - Lokomotiv |
Tarix | Saat | Oyunlar | 10-cu tur |
---|---|---|---|
29.03.2012 | 14:00 | Rabitə - İqtisadçı | |
15:00 | Lokomotiv – Azərreyl | ||
15:00 | Bakı – Azəryolservis |
Qeyd edək ki, ilk 6 matçdan sonra “Azəryolservis” 12 xalla vahid liderdir. “İqtisadçı” onlardan 1, “Bakı” isə 2 xal geri qalır. Son 3 pillədə isə müvafiq olaraq, “Rabitə” (8 xal), “Azərreyl” (7) və “Lokomotiv” (6) qərarlaşıblar.
0
0