“Rabitə”nin taleyi serbə tapşırıldı
25.02.2012 - 18:00
“Rabitə”nin taleyi serbə tapşırıldı
Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarını idarə edəcək referilərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, ilk matçda “Dinamo”ya (Rusiya, Kazan) 1:3 hesabı ilə uduzan “Azərreyl”in oyunda baş hakim funksiyasını belçikalı Arturo di Giakomo yerinə yetirəcək.

Bakı İdman Sarayında baş tutacaq görüşdə ona köməkliyi Aleksandros Varthalitis (Yunanıstan) edəcək.

“Rabitə”nin “Fənərbaxça” (Türkiyə) ilə səfər matçında ədaləti qorumaq isə serbiyalı Lyubomir Kovaçeviçlə italiyalı Vittorio Sampaolo cütünə tapşırılıb.

Qeyd edək ki, “Rabitə” də ilk oyunda uduzub (0:3). İstanbuldakı görüş isə fevralın 29-da olacaq.