Kseniya Kovalenko komandasına “2” verdi
27.02.2012 - 10:15
Kseniya Kovalenko komandasına “2” verdi
Qadın voleybolçular arasında İtaliya A seriyasında XIX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının blokçusu Kseniya Kovalenkonun şərəfini qoruduğu “Kariparma” evdə “Modena”nı qəbul edib.

Matç Parma təmsilçisi üçün uğursuz alınıb və onlar 0:3 (23:25, 12:25, 16:25) hesabı ilə uduzublar. Kseniya məğlub olduqları qarşılaşmada komandasına 2 xal qazandırıb.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Kariparma” yenə 9-cudur.