Futbolçumuz ehtiyatda qaldı
27.02.2012 - 10:01
Türkiyə çempionatının I dəstəsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadənin çıxış etdiyi “Ərciyəsspor” səfərdə “Çaykur Rizəspor”un qonağı olub. Kayseri təmsilçisi səfərdə 2:0 hesabı ilə qalib gəlib. Bundan əvvəlki 10 matçda qələbəyə həsrət qalan Amitin komandası nəhayət ki. seriyaya son qoyub. Quluzadə bu qələbəni ehtiyat oyunçular skamyasından seyr edib.
Qeyd edək ki, 23 turdan sonra hesabında 33 xal olan Kayseri təmsilçisi 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 23 turdan sonra hesabında 33 xal olan Kayseri təmsilçisi 7-ci pillədə qərarlaşıb.
0
0