“Dinamo” Bakıya məğlub gəlir
27.02.2012 - 10:24
“Dinamo” Bakıya məğlub gəlir
Qadın voleybolçular arasında Bakı klublarının avrokuboklardakı rəqibləri ölkə çempionatlarında növbəti oyunlarına çıxıblar. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində Bakıya səfər edəcək Kazan “Dinamo”su “Proton”la qarşılaşıb.

Gərgin keçən oyunda rəqibimiz 2:3 (18:25, 26:24, 21:25, 26:24, 15:17) hesabı ilə uduzub. “Çelenc Cup”ın 1/4 finalında “Bakı” ilə mübarizə aparan “Omiçka” isə “Dinamo”dan fərqli, qələbəyə sevinib. Onlar Krasnodar “Dinamo”suna 3:1 (25:20, 18:25, 25:22, 25:20) hesabı ilə qalib gəliblər.

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında “Rabitə”ni qəbul edəcək “Fənərbaxça” da Türkiyə çempionatının növbəti turunda 3 xal qazanıb. İstanbullular “Nilüfer Belediyesi”dən üstün olublar – 3:0 (25:10, 25:12, 25:23).