“Rəqibimiz Rusiyada lider olsa da...”
27.02.2012 - 10:40
“Biz oyuna 100 faiz köklənməliyik ki, matçda qalib gələrək, “Qızıl set”ə gedək”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in voleybolçusu Sara Anzanello deyib.
İtaliyalı legioner Çempionlar Liqasının 1/4 final mərhələsində Kazan “Dinamo”su ilə Bakıdakı cavab matçı barədə fikirlərini açıqlayıb. Anzanello bildirib ki, ilk matçda 1:3 hesabı ilə uduzmalarına baxmayaraq, növbəti mərhələyə yüksəlmək çətin olmayacaq: “Rəqibimiz ötən həftə Kazandakı ilk matçda yaxşı oynadı. Lakin bizə də bir o qədər pis çıxış etmədik. “Dördlər finalı”na çıxmaq istəyiriksə, komandamız bütün komponentlərdə yüksək ustalıq göstərməlidir. Mən hesab edirəm ki, “Dinamo” Rusiya Super Liqasında lider olsa belə onları mübarizədən kənarlaşdıra bilərik”.
Qeyd edək ki, “Azərreyl” – “Dinamo” matçı sabah keçiriləcək.

0
0