Cavab matçı üçün üstünlüklər
27.02.2012 - 13:58
Bakının “Azərreyl” voleybol klubu sabah Çempionlar Liqasında növbəti matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri Bakı İdman Sarayında 1/4 final matçının cavab görüşündə Kazan “Dinamo”su ilə üz-üzə gələcək.
Matç voleybolçularımız üçün xüsusi əhəmiyyət daşıyır. Çünki səfərdə baş tutan ilk matçda məğlubiyyət acısı yaşayan “Azərreyl” bu dəfə rəqibini məğlub etməlidir. Onlar bunu bacaracaqları halda “Qızıl set”də mübarizə aparacaqlar. “Lotereya”da güclü olan kollektiv mərhələ adlayacaq. Əks halda komandamız Bakıda baş tutacaq “Dördlər finalı”na yüksəlmək şansını itirəcək.
Mərhələ adlamaq üçün isə Faiq Qarayevin komandası gözəl şansa malikdir. Onların həm yerli tamaşaçılar qarşısında oynaması, həm də “Dinamo”nun Rusiya Super Liqasının son turunda uduzaraq, Bakıya gəlməsi xeyrinədir. Çünki Kazan təmsilçisi 5 setin yekununda məğlub olub və paytaxtımıza kifayət qədər yorğun gəlib. Məhz bu səbəblərdən “dəmiryolçular”dan qələbə gözləməyə dəyər.
Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunu
18:00. “AZƏRREYL” (AZƏRBAYCAN) - “DİNAMO” (RUSİYA, KAZAN)
Hakimlər: Arturo di Giakomo (Belçika), Aleksandros Varthalitis (Yunanıstan)
Bakı İdman Sarayı
İlk oyun: “DİNAMO” (RUSİYA, KAZAN) – “AZƏRREYL” (AZƏRBAYCAN) - 3:1 (22:25, 25:23, 25:22, 25:21)

0
0